YENİ RİYAZİ DÜSTUR
-1-
səninlə sadəcə dost idik əvvəllər
amma
birlikdə ağlayıb
birlikdə gülərdik...
sadəcə dost idik amma
bilikdə gələrdik ilhama
birlikdə dinlərdik yağış damlalarının səsini
birlikdə eşidərdik küləyin nəğməsini...
sadəcə dost idik
birlikdə qurardıq xəyallarmızı
birlikdə olardı edilən hər arzu...
dost olsaq da birlikdə yola salardıq günəşi
birlikdə qarşılayardıq günəşi...
o qədər yaxın dost idik
SƏNSİZ
sənsiz gözlərimə yuxu getməyir
laylam yox anasız uşaq kimiyəm
sənsiz gözlərimin yaşı bitməyir
harayla qaynayan bulaq kimiyəm
bu gece
sevgilim həsrətin qollarında mən
şam kimi əriyib söndüm bu gecə
baxdım hər tərəfə... görünmədin sən
solmuş bir çiçəyə döndüm bu gecə
QURAN
![]()
![]()

bu yaxınlarda bir mollanın evinə getmişdim
kabinetində zir-zibil içində
rəngi getmişquran kitabı gördüm
molladan bu nədir deyə sordum
cavab verdi ki qurandır...
molla kitabı götürüb öpdü
sonra yerə çırpdı...
məhəbbət qapını döymədən girdi
axtardığım mənalı dünyanı
sənin kədərli gözlərində tapdım
mənə yalan dünyanı unutdurdu bu gözlər...
Mənə səndən yaxın, yenə də sənsən
Hara getsəm sənin yanındır yerim,
Sənsiz hər şey puçdu mənə dünyada.
Əllərindən qopsa üşür əllərim,
Qış bir yana , hətta isti yayda da...
***
SƏNƏ EHTİYACIM VAR

həyat yavaş-yavaş
gözümdən düşməyə başlayıb
bilmirəm mənmi böyüyürəm
yoxsa dünyamı dəyişir...
hey düşünürəm bunu
gözlərimi yaşlayıb
ağlım dinləmir məni
qarşı çıxır
döyüşür
hisslərimlə əyişir...
GÜNAHSIZ MƏHBUSUN SON SÖZÜ

dünən həbs etdilər məni
səninlə ilk görüşəcəyimiz yerdə
"içəri şəhər" metrosunun çıxışında
mən hardan biləydim
sevmək
günah suçmuş bu şəhərdə
boğuldum gözlərimin yağışında
OĞRU GÖZLƏR

Bu gün gözlərimə baxdı gözlərin,
Bu gün cəsarətlə üzümə güldün.
Sanma ki, sevgini gizlədə bildin
Gözlərindən bir-bir çıxdı sözlərin...
DƏRDİM

heç bilmirəm suçum nə
sevinc mənə dönükdü
yumruq boyda ürəkdədərdim dağdan böyükdü
***
Blog Haqqında

ŞÖHRƏLƏRİ ARTSIN.
MƏN İSƏ YAZIRAM Kİ,
AĞRILARIM AZALSIN!
(Coşğun Cəfər)
Əlaqə üçün e-mailim:
coshgun_cefer@inbox.az
coshgun_deniz@mail.ru
Axtarış
Bölmələr
Qabaqki yazılar
Keçidlər
- BİR DƏQİQƏM SƏNLİ, BİR ANIM SƏNSİZ... (430)
- ŞƏMS MƏCLİSİ ( YENİ ) (480)
- AYSEL NESIRZADE (147)
- BİZİMKİ -E - JURNALI (214)
- BABA PUNHAN (184)
- HACİ ARİF BUZOVNALI (228)
- eeeeh! (200)
- KULTAZ.COM (210)
- LİT.AZ (171)
- ALFA-E.COM (235)
- http://edebiyyat.tk/ (161)
Dost bloglar
- Əvəz Qurbanlı
- Seyid Ramin
- cavidan.org
- Ayxan Kiçikbəy
- AySel NəSirzadə
- Günay Ələkbərzadə'nin Şeir Saytı
- Dilşad Arazın şeir blogu
- Niyam Aqil
- ZÜHUR
- yaşamaq... bundan gözəl nə var...
- Mikayıl Müşfiq
Açar sözlər
cefer cəfər səndən günahsiz əqrəbləri-coshgun artq məhəbbət sənə dərdim-coşğun cavabsiz sənsiz yaxın məhbusun at-coshgun qapını var coşğun düstur yenə son
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 2056
Dünənki hit: 36
Bugünki hit: 75
Ümumi hit: 10716