Reklam verin!
'' IÇİMDƏ COŞĞUN BİR DƏNİZ ÇAĞLAYIR , ŞEİRLƏRİM O DƏNİZİN DALĞALARIDIR... ''

Poyeziya həvəskari olan bir dostum deyir şeyirləri ağrı-acı ilə dolu
olan bir gənc şairdən soruşdum ki, sən necə şair olmusan? Şair solmuş
gözlərini mənə zilləyib cavab verdi;

Bilirsənmi uşaqlıqdan
nə acılar çəkmişəm mən?!
Uşaqlıqdan ürəyimdə
Dərddən qala tikmişəm mən!
Uşaqlıqdan gecə-gündüz,
Döyülmüşəm yerli-yersiz.
Həyat uşaqlığdan mənə ,
Deyib geyin səs səmirsiz,
Qara bəxtin kimi sənə

 

Qəmdən libas tikmişəm mən,
Bilirsənmi uşaqlıqdan
nə acılar çəkmişəm mən?!
Soruşursan hər gözümdən
Axı nədən solmusan sən,
Az qala kor olmusan sən?
*Cavabında ;*bu gün , dünən
Uşaqlığdan bu günəcən
Buludlar tək edib fəğan
Durmadan yaş tökmüşəm mən,
Bilirsənmi uşaqlıqdan
nə acılar çəkmişəm mən?!
Bilirsənmi uşaqlıqdan
nə acılar çəkmişəm mən?!
Şair oldun necə, sordun
Cavab verim,
Düzün deyim,
Bir zəmidir şeirlərim,
Başlayıb qəmdən , kədərdən
Ağrılarmı-acılarmı
Sözlərimdə əkmişəm mən!
Göz yaşımlarım silə-silə,
Gəlib dilə
Hər şeyrimlə
Qəlbimdəki qəm qalasın
Kərpic-kərpic
Sökmüşəm mən!
Bilirsənmi uşaqlıqdan
nə acılar çəkmişəm mən?!
Dərd ilə doğulmuşam mən,
Dərddən şair olmuşam mən!


Açar sözlər:

Yazar: COSHGUN | Tarix: İyul 13, 2008 17:59 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 16

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha