Reklam verin!
COSHGUNYanvar 9, 2009 0:14

MÜNTƏZİR ZEYDİ BUŞ,

kərbəla,huseyn,Müntəzir zeydi,haqq,zülm,Buş,Abş,

MÜNTƏZİR zEYDİ,BUŞ,KƏRBƏLA,ABŞ,HAQQ,ZÜLM,HÜSEYN AŞİQİ,ABBAS,

Öpmək istəyirəm Kəbə tək min kər,

Müntəzir Zeydinin əllərini mən!

Çünki həmin əllər göstərib hünər,

“Küfrə” sümük atan Əbuzər kimi…

Çıxardı qəlbimdən iti bir tikən!

 Bu tikən tək mənim qəlbimdən deyil,

Bütün məzlumların qəlbindən çıxdı!

Zülmün zay ömründən getdi neçə il,

Fironlar başında ildırım çaxdı!

 

Davamı...
Bookmark and Share
COSHGUNYanvar 3, 2009 0:21

 

ABBAS-KƏRBƏLA-HUSEYN-EŞQ-MƏHƏBBƏT-AZADLIQ-KƏRBƏLA-QARDAŞ-QİYAM-HAQQ 

Lüğətdən soruşdum qardaş sözünü,

Cavab verdi:-deyim sənə düzünü.

Qardaş – yəni Abbas etdi özünü,

Qardaşı Hüseynin yolunda qurban,

Qardaşlıq bax budur, eşit ey insan! 

 

...Abbas kimdi sordun, o Ələmdardır,

Qardaşlıq əhdində sadiqdi, vardır,

Qollarını vermək bir iftixardır,

O, fatehi-xeybər Əli oğludur,

Onu nə döyüş, nə ölüm qorxudur!

 

Davamı...
Bookmark and Share
COSHGUNDekabr 17, 2008 17:22

 

QAR

 

Bu gün ayın ikisi...

Bu gün mənim ad günüm!

Hamı gəlibdir bizə,

Hər yerə qar yağıbdır!

Düşündürür hər kəsi-

Keçmir mənim şad günüm?!

Deməsələrdə üzə,

Gözlər məndə qalıbdır!

Dərdimi qara dedim,

Özümə öz ad günüm

Eylədim qara dedim,

Matəm etdim şad günüm!

 

Davamı...
Bookmark and Share
COSHGUNDekabr 13, 2008 0:10

 QURBAN

Qurban bayramı!

Sevinir hamı...

Şad-xurrəm bu gün

hacılar həccdə   

qurban kəsirlər!

“Məhbub”larının  

     məhəbbətini,

“Raziq”lərinin     

  rizayətini       

    qazanmaq üçün           

       çooox tələsirlər!

Bu tək həccdə yox,

Hər yerdə belə...

Hər yerdə qəlblər

Gəlibdir dilə...

Hər yerdə qurban

 kəsilir bu gün,

Öz böyüklüyü,     

  əzəmətiylə          

  seçilir bu gün!

Davamı...
Bookmark and Share
COSHGUNNoyabr 30, 2008 22:15

(Xatirə Vaqifin eyni adlı şeirinə ...)

- 1 -


Ah ...Sevgilim !

Dün eşitdim

Sən çox şeir oxuyursan .

Sən şeiri çox sevirsən !

Ol qədər ki,

sən gozəli sevirəm mən!

Çox qısqandım...

Ol səbəbdən,

Hər nə olmaqdan qaçaraq ,

gecə-gündüz

Qarşısinda hey çöküb diz

Allahıma əl açaraq ,

Çoxlu

dua eyləyirəm ...

dayanmadan səsləyirəm,

Yalvararaq - yalvararaq

israrla mən

sən çox sevən,

şeir olmaq istəyirəm,

şeir olmaq istəyirəm!!

Davamı...
Bookmark and Share
COSHGUNNoyabr 28, 2008 21:26

 

                         ( Mənsur şeir )
                                                  

 ...Təsadüfən yolum məktəbimizin yaninda yerləşən stadiyondan düşmüşdü. Baxdım ki, iki üç qadın stadiyonun ortasında belə qaçır, belə qaçırlar...öz-özümə düşündüm ki, bu qadınların stadiyonda nə işi var?! Bir az irəli yerimişdim ki, baxdım bir dəstə oğlan talpa davasına çıxıblar... O, buna söyür, bu ona söyür...Hamı bir birinə qarışıb...Ayaqlarında kişi ayaqqabısı olan qadınlar isə "bəsdirin , yetərin..."  deyərək döyüşənlərin üstünə gedirlər...Amma onları dinləyən kimdi...

                                     -1-
         Futbol , "dostluq və kardeşlikdir" deyərlər, komandalarının və oyunçularının adını öz yaşadığımız ölkənin şəhərlərindən və öz soy-kökümüzdən də yaxşı bildiyimiz  türklərdə ... Nə gözəl kəlam!Dildə (Futbol barədə)bundan gözəl səslənən bir cümlə varmıdır məgər bir yerdə ? Xeyr , inanmıram ...
         Bəli , futbol " dostluq və kerdeşlikdir- deyərlər ... ", amma nəinki yalnız türklərdə ... Bütün məmləkətlərdə , hər yerdə ... Hər yerdə müqəddəs sayılır bu nəzər .
        Yalnız bizlərdə ... Bəli, yalnız bizlərdə öz mənasını itirib bu ifadə ... Öz dəyərini itirib bu əxlaqi dəyər ...
        İstəyirəm izninizlə bizdəki futboldan danışım bir qədər :
        Ehhh...bütün məmləkətlərdə , o cümlədən türklərdə " dostluq və kardeşlikdirsə" , bizlərdə futbolun adıdır futbol ...
        Bizlərdə futbol , mənəviyyatını , şəxsiyyətini , izzətini , hörmətini ... itirmək üçün ən yaxşı imkan , ən gözəl yol !
       Bəli, bizlərdə futbolda stadiyon arvad - uşağına, ana- bacına , ölülərinə ... söydürmək üçün ən yaxşı məkan , ən yaxşı yol ! Bizlərdə futbolun adıdır futbol ...
                                                 -2-
       Bizim futbolçular ayağlarını topa deyil , rəqiblərinin ağzına , üzünə , gözünə vururlar ...
       Bizim futbolçular ağızlarını " topun üstündə dalaşmayaq ..." , hakimin dediyi stop !!! - a deyil , "sənin ölünü - dirini belə - belə eləyərəm" - sözünə vururlar !
        Bizim futbolçular topu qapıya vurmaq əvəzinə, yumruqlarını qapıçının özünə vururlar , ağzına , üzünə , gözünə , dizinə...vururlar !

Davamı...
Bookmark and Share
COSHGUNNoyabr 28, 2008 20:05

 

(Avtobusda qalmaqal)


Bir qara geyimli,rəngi də qara,
Qadin avtobusda edirdi qeybət.
Danişmağa bir an vermədən ara,
Coşurdu heç kimə etmirdi hörmət.

“Gəlnim belə, gəlnim elə…“deyərək,
Ağzından tökürdü hər yerə zəhər.
Gəlinin pisləyib, özün öyərək
Pərdə saxlamırdı bir zərrə qədər.

Hami qulaq asir onun sözünə,
“Alışan ocağa neft tökürdülər”!
Baxmadan sözlərin əyri, düzünə
Təsdiqləyib ona “qol” çəkirdilər!

Bir “qadin” da durmuş arxa tərəfdə,
Bayaqdan dinlirdi, yanirdi cani…
O, görmüşdü bundan qabaq bir həftə
Həmin mənzərəni, həmin dastani.

Davamı...
Bookmark and Share
COSHGUNNoyabr 20, 2008 22:41

 

Nə edim sevməyə bilmirəm səni ,
Divanə könlümü yenə bilmirəm .
Qırsanda qəlbimi , üzsəndə məni ,
Səndən bir ləhzədə dönə bilmirəm !
 
Nə qədər əziyyət versəndə mənə ,
Yenədə içimdə məsum mələksən .
Sevgilim , qırıla bilmirəm sənə ,
Yoxsa sən tikanlı gülsən , çiçəksən ?

Davamı...
Bookmark and Share
COSHGUNNoyabr 19, 2008 23:04

GERCEK

Məni dərd içində tənha qoymusan ,
Sənin həsrətindir bağrimi didən
Yaşlı gözlərimi yolda qoymusan ,
Baxıram kimsəsiz yetim uşaq tək
Amma nə gələn var , nədəki gedən ...

Davamı...
Bookmark and Share
COSHGUNNoyabr 19, 2008 22:49

YALNIZ

İstəyirəm mənə yaxın olasan ,
Yanımdan getməyib mənlə qalasan .
Eybi yoxdur canımdan can alasan
Məni tərk etməyən yalnızlıq kimi !


Paylaşıb səninlə qəmim , kədərim...
Açaydım içimi , hər dərdi - sərim ,
Sənə ünvanlanan bəxsiz sözlərim
Tutmuşkən hər yanı qoca aləmi !

 

Davamı...
Bookmark and Share
  Yazılar cəmi: 28    Sonrakı səhifə »